Ali-Xəlifə rejimi cümə namazına icazə vermədi
Avq 05, 2016 18:08 Asia/Baku
Bəhreyn hökuməti Əddiraz məntəqəsinin imam camaatına cümə namazı qılmaq üçün İmam Sadiq(ə) məscidinə daxil olmaq icazəsi verməyib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyn hərbçiləri yoxlama-buraxılış postları yaradaraq, insanların cümə namazında iştirak üçün məscidə daxil olmalarına icazə verməyiblər.
Əl-Aləm kanalı da Bəhreynin Əddiraz məntəqəsində Ali-Xəlifə rejiminin bu hərəkətinə qarşı xalq etirazının baş tutmasından xəbər verib.
Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı sivil etirazların şahididir.