Ərəbistan qırıcıları Yəməndə bir təhsil mərkəzi və bir məscidi bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228745-Ərəbistan_qırıcıları_yəməndə_bir_təhsil_mərkəzi_və_bir_məscidi_bombalayıblar
Yəmənə qarşı hücumların davamında Ərəbistan qırıcıları Sədə əyalətində bir məktəb və bir məscidi bombalayaraq, dağıdıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2016 07:06 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəməndə bir təhsil mərkəzi və bir məscidi bombalayıblar
    Ərəbistan qırıcıları Yəməndə bir təhsil mərkəzi və bir məscidi bombalayıblar

Yəmənə qarşı hücumların davamında Ərəbistan qırıcıları Sədə əyalətində bir məktəb və bir məscidi bombalayaraq, dağıdıblar.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, bu məscid və təhsil mərkəzi 5 dəfə bombardman edilib və tamamilə dağıdılıb. Bu binaların ətrafında yerləşən digər binalar da bombardman nəticəsində dağıntılara məruz qalıb. Yəməndən daxil olan məlumatlara görə, Yəmən xalqı Ərəbistanın bu ölkənin sivil infrastrukturlarına hücum etməsini qınayıb. 

Ərəbistan Yəməndə atəşkəsin elan edilməsinə baxmayaraq, Sədə əyalətini ardıcıl şəkildə bombalayırlar.