Suriya ordusu Hələbdə terrorçulara ağır zərbələr endirdi
-
Suriya ordusu Hələbdə terrorçulara ağır zərbələr endirdi
Əl-Aləm kanalı Suriya ordusunun Hələbdə terrorçulara ağır zərbələr endirdiyini bildirib.
Suriya ordusu və müttəfiq qüvvələrin Hələbin cənubunda hərbi universiteti hədəfə alması 200 terrorçunun ölümünə yol açıb. Rusiya və Suriya qırıcıları təkfirçilərin mövqelərini onlarla dəfə hədəfə alıblar. Həmçinin, Artilleriya İnstitutunda yerləşən və terrorçuların ixtiyarında olan bir silah və hərbi susrsat anbarı da məhv edilib. Suriya ordusu Ramusə məntəqəsinə nüfuz etmək istəyən terrorçuların önünü kəsərək, onları geri çəkilməyə məcbur edib. Hazırda Ramusə şose yoluna nəzarət Suriya ordusunun əlindədir və terrorçular bu şose yolundan istifadə edə bilmirlər. Suriya ordusu və müttəfiq qüvvələr hazırda hərbi universitetə sığınan terrorçuların xariclə bütün əlaqələrini kəsməyə çalışır.
Silahlı qruplaşmalar bildiriblər ki, silah və artilleriya institutlarına nəzarəti ələ keçirdiklərini bildirirlər. Ordu qüvvələri isə bəzi məntəqələrə nəzarəti bərpa etdiyini bildirir.
Suriya ordusu həmçinin, terrorçuların mühasirəni yardıqlarına dair iddiasını rədd edib.