Ərdoğan: ABŞ Türkiyə və Gülən arasından birini seçməlidir
Avq 11, 2016 12:35 Asia/Baku
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti deyib: ABŞ Türkiyə və Fətulla Gülən Təşkilatı arasından birini seçməlidir.
Rəcəb Tayyib Ərdoğan Ankarada Prezidentlik Sarayının qarşısında Türkiyə vətəndaşları qarşısında etdiyi çıxışında deyib: ABŞ da seçim edəcəkdir, ya Türkiyə, ya da FETÖ. ABŞ bu seçimə məcburdur. Ya çevrilişçi FETÖ ya demokratik Türkiyə. ABŞ bu seçimi etməli olan durumdadır.
Ərdoğan deyib: Mənbə, zaman, təhlükənin məkanı, təhdid, məkrli plan, xəyanət, təxribatçılığın kim tərəfindən və kim üçün baş verəcəyi məlum deyil. Bu gün yenə Şırnakda itki verdik. Mardində, Diyarbəkirdə tələfat vardır. FETÖ xəyanət konduktoruu PKK-ya təhvil verir. Sonra PKK konduktoru İŞİD-ə tapşırır.