Ərəbistan Yəməndə bir məktəbi bombaladı, 10 uşaq öldü
Avq 14, 2016 05:25 Asia/Baku
-
Ərəbistan Yəməndə bir məktəbi bombaladı
Sərhədsiz Həkimlər Təşkilatı Ərəbistanın şənbə günü Yəmənin şimalında bir məktəbi bombalaması zamanı 10 məktəbli uşağın ölməsi, daha 21 nəfərin isə yaralanmasından xəbər verib.
Ənsarullah hərəkatının rəhbər üzvlərindən olan Məhəmməd Əbdüssəlam bu məktəbə edilən hücumu kəskin formada qınayıb.
Ərəbistan və müttəfiqləri 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda 6400 nəfər həlak olub. Yəmənə edilən hücumların başlıca qurbanları uşaqlar və qadınlardır.
Teqlər