Avq 14, 2016 11:10 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Seyid Həsən Nəsrullah: 2006-cı ildə Amerika Livana hərbi təcavüz fikrinə düşdü və İsrail onu gerçəkləşdirdi.

Livan Hİzbullahının baş katibi Seyid Həsən Nəsrullah şənbə günü, İslam Müqavimətinin 2006-cı ilin yayında, 33 günlük müharibədə İsrail qarşısında qələbə çalmasının ildönümü günü mərasimində çıxış edərək, deyib: Müqavimət Livana qarşı Amerikan-İsrail təcavüzü uğursuzluğa uğradaraq, tarixi və strateji bir uğura imza atmış oldu. 

Video konfrans vasitəsi ilə bu mərasimdə çıxış edən Seyid Həsən Nəsrullah müqavimət qüvvələri, şəhidlər, müharibə əlilləri və onların ailələrinə, Livan xalqı və dövlətinə, Livan mediasına habelə, müqaviməti himayə edənlərə xüsusi ilə də İran İslam Respublikası və Suriya Ərəb Respublikasına təşəkkür edib. 

Livan Hizbullahının baş katibi müqavimətin 33 günlük müharibədə bütün Amerikan-İsrail məqsədlərini uğursuzluğa uğratdığını deyərək, vurğulayıb: 33 günlük müharibənin başlıca məqsədi çox millətli qoşunlardan istifadə etmək, Livanı ABŞ-ın təhlükəsizlik sisteminə birləşdirmək, İsrailin mövqeyini möhkəmləndirmək və israilli əsirləri heç bir ilkin şər olmadan azad etmək .

Seyid Həsən Nəsrullah çıxışının davamında Hizbullahın təkfirçi terrorçular ilə mübarizədə müqavimətin ön cəbhəsində olduğunu vurğulayıb və deyib: Amerika əl-Qaidə, İŞİD və Ənnüsrə Cəbhəsi kimi terror şəbəkələrini yaratmaqla regionu xaosa sürükləyib. 

Livan Hizbullahının baş katibi əlavə edib: Amerika yeni Yaxın Şərq planının iflasa uğraması və Livan, Fələstin,Suriya və İranda müqavimətin güclənməsi habelə, Əfqanıstan və İraq müharibələrində məğlub olmasının ardınca Ərəbistan və onun kimi regiondakı müttəfiqlərinin əli ilə terrorçulardan istifadə etməklə vasitəli müharibəyə əl atdı. 

Seyid Həsən Nəsrullah əlavə edib: Biz mübarizə və terrorizm ilə savaşdan başqa seçimə malik deyilik və hər gün keçdikcə, bizim doğru seçim etdiyimiz daha artıq aydın olur və Hizbullahın Suriyada terrorçularla savaşmasının doğru addım olduğu öz təsdiqini tapır. 

Livan Hizbullahının baş katibi həmçinin deyib: Biz Hələbdə və digər şəhərlərdə Fələstini, habelə, Livan, Suriya, Yəmən, Liviya və digər ölkələrdə didərgin vəziyyətində olan fələstinliləri himayə məqsədi ilə İsrailin zindanlarında aclıq aksiyası keçirən fələstinli əsirləri himayə etmək üçün mübarizə aparmalıyıq.  

Teqlər