Yəməndə onlarla Ərəbistan muzdlusu öldürülüb
-
Yəməndə onlarla Ərəbistan muzdlusu öldürülüb
Yəmənin Marib vilayətində yüzrlərlə səudyyəli muzdlu öldürülüb və yaralanıb.
Yəmənin əl-Məsirə telekanalının məlumatına görə, Yəmən Ənsarullah Hərəkatı qüvvələri Ərəbistan hərbçiləri ilə qarşıdurmada 32 hərbçini öldürüb və 90-dan çox hərbçini yaralayıb.
Məlumatlara görə, əl-Couf və əl-Bəyza vilayətlərində qarşıdurmalar güclənib.
Yəmən ordusu və xalq qüvvələri həmçinin azı 20 səudiyyəli muzdlunu öldürərək Marib vilayətinin əl-Rəbiə bölgəsini təmizləyiblər.
Əl-Aləm telekanalı da məlumat verib ki, Ərəbistanın təcavüzkar qırıcı təyyarələri avqustun 14-dən 15-ə keçən gecə Yəmənin müxtəlif bölgələrinə təxminən 60 dəfə hücum ediblər.
Ərəbistan 2015-ci il mart ayından ABŞ-ın dəstəyi ilə bəzi ərəb ölkələri ilə koalisiya quraraq Yəmənə hücuma başlayıb.
Ali-Səud Yəmənin istefaya çıxmışı prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq niyyətindədir.
Ərəbistanın Yəmənə hücumların nəticəsində indiyə qədər minlərlə yəmənli həlak olub və yaralanıb.