Ərəbistanın yəmənli uşaqları qırğın etməsinə reaksiyalar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229756-Ərəbistanın_yəmənli_uşaqları_qırğın_etməsinə_reaksiyalar
Ərəbistanın Yəmənə hücumunda həlak olan uşaqların tükürpədən kadrları sosial və ictimai şəbəkələrdə dərhal əks olunub. Lakin səudiyyəli koalisiya heyrətləndirici hərəkətdə bu məktəbin bombardman edilməsini təkzib edərək bu bölgədə bir hərbi bazanın olduğunu iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2016 08:12 Asia/Baku
  • 
Ərəbistanın yəmənli uşaqları qırğın etməsinə reaksiyalar
    Ərəbistanın yəmənli uşaqları qırğın etməsinə reaksiyalar

Ərəbistanın Yəmənə hücumunda həlak olan uşaqların tükürpədən kadrları sosial və ictimai şəbəkələrdə dərhal əks olunub. Lakin səudiyyəli koalisiya heyrətləndirici hərəkətdə bu məktəbin bombardman edilməsini təkzib edərək bu bölgədə bir hərbi bazanın olduğunu iddia edib.

Ötən il mart ayından yoxsul Yəmənə hücumlara başlayan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qırıcıları yeni cinayətdə şənbə günü Sədə vilayətinin Heydan şəhəri ətrafındakı kəndlərdən birində bir məktəbi bombardman ediblər. Sərhədsiz Həkimlər Təşkilatı bildirib: Səudiyyəli koalisiyanın Yəmənin şimalında bir məktəbə hücumunda 10 uşaq həlak olub, 28 nəfər də yaralanıb. 

Ərəbistanın Yəmənə hücumunda həlak olan uşaqların tükürpədən kadrları sosial və ictimai şəbəkələrdə dərhal əks olunub. Lakin səudiyyəli koalisiya heyrətləndirici hərəkətdə bu məktəbin bombardman edilməsini təkzib edərək bu bölgədə bir hərbi bazanın olduğunu iddia edib. 

Sərhədsiz Həkimlər Təşkilatının sözçüsü Məlik Şahir deyib: Sədədə həlak olan uşaqlar Quran təlimi dərsində olublar və onların hamısının 15-dən aşağı yaşı olub. 

O Yəmən böhranındakı bütün tərəflərdən sivillərin qorunması üçün lazımi addımlar atmasını istəyib. BMT-nin Uşaq Fondu YUNİSEF də bu dhəşətli hadisə ilə bağlı hesabat yayımlayıb. 

YUNİSEF öz hesabatında xəbərdarlıq edib ki, ötən həftələr ərzində Yəməndə qarşıdurmaların artmasını nəzərə alaraq hava hücumlarında həlak olan və yaralanan uşaqların sayı artmışdır. 

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam da səudiyyəli koalisiyanın şənbə günkü hücumuna reaksiyada deyib: Bu koalisiya qırıcıları Cümə Bin Fazil məktəbində qəsdən uşaqları hədəfə alaraq faciəvi cinayət törədib. 

BMT ötən iyun ayının ortalarında uşaqların hüquqlarını pozanlar barədə verdiyi hesabatda Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 2015-ci ildə Yəməndə uşaqların ölümündə 60% məsuliyyət daşıdığını bildirib. Bu məlumata görə, Ərəbistan və müttəfiqlərinin hücumlarında 510 uşaq həlak olub, 667 uşaq da yaralanıb.