Avq 15, 2016 18:11 Asia/Baku
  • Diyarbəkir vilayətində bomba quraşdırılmış yük maşını partladılıb
    Diyarbəkir vilayətində bomba quraşdırılmış yük maşını partladılıb

Türkiyə mediaları kürdsakinli Diyarbəkirdə polis mərkəzi yaxınlığında dəhşətli partlayışın baş verdiyini bildiriblər

Xəbər Türk telekanalının məlumatına görə, bazar ertəsi günü Diyarbəkir şəhərinə bitişən yollardan birində partlayıcı qurğu ilə dolu bir yük maşınının partladılması nəticəsində 1 sivil həlak olub, 10 nəfər də yaralanıb.

Məlumata görə, bu partlayış nəticəsində ətraf binaların şüşələri qırılıb və divarlarda partlamalar yaranıb. 

Ötən həftə Diyarbəkirin Sur və Mardinin Qızıltəpə şəhərlərində polis şöbələri yüz kiloqramlarla partlayıcı qurğularla hücuma məruz qalıb. Nəticədə 60-a yaxın nəfər həlak olub və yaralanıb.

2012-ci ilin dekabrında başlanan kürdlərin məsələlərinin həlli üzrə sülh prosesi 2015-ci il iyul ayında Suruç şəhərində baş verən partlayış ardınca dayandırıldı.

Həmin zamandan Türkiyə ordusu və PKK üzvləri bir-birlərinin mövqelərinə hücumlara başlayıblar.

Teqlər