Avq 15, 2016 20:00 Asia/Baku
  • Türkiyənin Diyarbəkir əyalətində bomba quraşdırılmış bir yük maşını partladılıb
    Türkiyənin Diyarbəkir əyalətində bomba quraşdırılmış bir yük maşını partladılıb

Türkiyə mediaları Diyarbəkirdə bir polis məntəqəsi yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılmasından xəbər veriblər.

Xəbər Türk informasiya kanalının verdiyi məlumata görə, bazar ertəsi günü Diyarbəkirdə bomba yüklü bir maşının polis məntəqəsi  yaxınlığında partladıması biri sivil olmaqla 3 nəfərin ölməsi, 10 nəfərin isə yaralanmasına  yol açıb.

Xəstəxanaya yerləşdirilən yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.

Bu məlumata görə, partlayış nəticəsində partlayış o qədər güclü olub ki, ətrafda yerləşən binaların şüşələri sınıb, divarlarda qəlpə izləri açılıb.

Diyarbəkirdə yerləşən Sur şəhər polis idarəsi həmçinin, Mardin əyalətində Qızıl Təpə şəhər polis idarəsi də ötən həftə yüzlərlə kilo partlayıcı maddəyə malik olan yük maşınları ilə hücuma məruz qalmışdılar. Bu da 60-a  yaxın insanın ölməsi və yaralanmasına səbəb olub.

Türkiyədə kürd məsələsinin həlli ilə bağlı 2012-ci ildə başladılan proses 2015-ci ildə Suruç şəhərində törədilən partlayışın ardınca dayandırıldı.

O zamandan bəri Türkiyə ordusu ilə PKK terrorçuları arasında döyüşlər yenidən şiddətlənib.

Teqlər