Avq 15, 2016 20:15 Asia/Baku
  • Türkiyə İsveçə xəbərdarlıq etdi
    Türkiyə İsveçə xəbərdarlıq etdi

İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

Trend-in verdiyi məlumata görə, Hedviq Klara Erika Hoqq Lohm bu gün bazar ertəsi Türkiyə Xarici İŞlər Nazirliyinə çağırtdırılıb və Ankaranın İsveçin xarici işlər naziri Marqut Valastromun Ankara əleyhinə səsləndirdiyi fikirlərə, onun Türkiyəni cinsi təcavüzlə bağlı dediklərinə rəsmi etirazı onun diqqətinə çatdırılıb.

İsveçin xarici işlər naziri Marqut Valastrom öz tvitter səhifəsində iddia edib ki, Türkiyə bu ölkədə 15 yaşa qədər uşaqlar ilə cinsi əlaqəyə icazə verir.

Türkiyə xarici işlər naziri isveçli həmkarının bu ittihamını rədd edərək, onun bu sözlərini ağ yalan və töhmət adlandırıb və deyib: Bu, İveçin xarici işlər naziri üçün bir rüsvayçılıqdır.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin tənqidlərə açıq bir ölkə olduğunu deyərək, yalan ittihamlar və töhmətlərin Avropada İslamofobiyanın və anti-Türkiyə hisslərin artmasının nişanəsi adlandırıb.

Teqlər