Nüman Kurtulmuş: ABŞ Gülən və Türkiyə xalqı arasında seçim etməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i230023-nüman_kurtulmuş_abŞ_gülən_və_türkiyə_xalqı_arasında_seçim_etməlidir
Türkiyə baş nazirinin müavini deyib: Gülən terrorçuların başçısıdır və ordunun daxilindən yeni bir çevriliş cəhdinin baş qaldırması ehtimalı yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2016 08:36 Asia/Baku
  • Nüman Kurtulmuş
    Nüman Kurtulmuş

Türkiyə baş nazirinin müavini deyib: Gülən terrorçuların başçısıdır və ordunun daxilindən yeni bir çevriliş cəhdinin baş qaldırması ehtimalı yoxdur.

Türkiyə baş nazirinin müavini Nüman Kurtulmuş hazırda Pensilvaniya ştatında yaşayan Fətulla Güləni terrorçuların başçısı adlandırıb və deyib: Amerika Gülən və 79 milyonluq Türkiyə xalqı arasında seçim etməlidir. 

N.Kurtulmuş əlavə edib: Şübhəsiz ABŞ rəsmiləri öz ölkələrinin milli maraqlarını necə müdafiə edəcəklərini bilən insanlardırlar. 

N.Kurtulmuş daha sonra ordunun daxilindən yeni bir dövlət çevrilişinə cəhdin baş qaldırması ehtimalının olmadığını bildirib. 

Nüman Kurtulmuş Türkiyədəki bütün  dövlət çevrilişlərinin siyasi nəticələrinin olduğunu deyərək, vurğulayıb: Bu son dərəcə önəmli bir məsələdir və hazırda prokurorların masası üzərindədir.