Avq 18, 2016 18:22 Asia/Baku
  • İŞİD terrorçularının Suriyada cinayətləri davam edir
    İŞİD terrorçularının Suriyada cinayətləri davam edir

İŞİD terrorçuları Suriya xalqına qarşı yeni cinayətdə bu ölkə vətəndaşlarından bir qrupunu qırğın edib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İŞİD terror qruplaşmasının Deyruz-Zur şəhərinin əl-Curə və əl-Qusur məhəllələrinə minaatanla hücumunda onlarla suriyalı həlak olub və yaralanıb.

Bu arada Suriya ordusu qüvvələri bu gün Deyruz-Zurda İŞİD terror qruplaşmasının əl-Həviqə məhəlləsinə hücumunu zərərsizləşdiriblər.

İŞİD terror qruplaşmasının Hələb şəhərinə minaatanla hücumunda da azı 10 sivil həlak olub, 18 nəfər də yaralanıb.

Kütləvi İnformasiya Vasitələri Hələbdə terrorçularla Suriya qüvvələri arasında ağır döyüşlərin getdiyini bildiriblər.

Teqlər