Avq 24, 2016 12:04 Asia/Baku
  • İraq parlamentində Ərəbistan səfirinin dəyişilməsi istənilib
    İraq parlamentində Ərəbistan səfirinin dəyişilməsi istənilib

İraq parlamentində İslam Dəvəti Fraksiyası Ərəbistanın Bağdaddakı səfirini iraqlılar arasında ixtilaf yaratmağa səy göstərməkdə suçlayıb.

Əl-Aləm telekanalının məlumatına görə, İraq parlamentində İslam Dəvəti Fraksiyası bir daha Səudiyyə Ərəbistanının Bağdaddakı səfiri Samir əl-Səbhanın dəyişilməsini irəli sürüb və onu iraqlılar arasında ixtilaf yaratmağa səy göstərməkdə suçlayıb. 

Bu fraksiyanın rəhbəri Xələf Əbdüssəməd keçirdiyi mətbuat konfransında İraq Xarici İşlər Nazirliyindən Ərəbistan səfirini dəyişməsini istəyib. Çünki əl-Səbhan iraqlılar arasında fitnə yaratmağa çalışır. 

Əbdüssəməd hədələyib ki, vəziyyət həmin formada davam edərsə, parlament Xarici İşlər Nazirliyinin işçilərini dəyişməyə məcbur olacaq. 

O milli şəxsiyyətlər və xalq könüllü qüvvələrinə qarşı hərəkəti pisləyib və bu hərəkəti Ərəbistanın İraqın daxili məsələlərinə açıq-aşkar müdaxiləsi adlandırıb. 

Teqlər