Çavuşoğlu: YPG Fəratın şərqinə doğru geri çəkilməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232040-Çavuşoğlu_ypg_fəratın_şərqinə_doğru_geri_çəkilməlidir
Türkiyə xarici işlər naziri: Demokrat Birliyi və Xalq Müdafiə qüvvələri Fəratın şərqinə geri çəkilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2016 07:00 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri: Demokrat Birliyi və Xalq Müdafiə qüvvələri Fəratın şərqinə geri çəkilməlidir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada hollandiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib: Demokratik Birlik və Xalq Müdafiə Qüvvələri terror qruplaşmaları Fəratın şərqinə doğru geri çəkilməlidir. Belə olmadığı halda bizim hədəfimizə çevriləcəklər. Çünki terrorizmlə mübarizə iddiasında olan qüdrətlər bölgədə İŞİD terrorçularına qarşı əməliyyatımızdan narazıdırlar. Xalq Müdafiə qüvvələri azad etdikləri bölgələrdən sakinləri çıxarırlar və başqa şəxsləri həmin yerlərdə yerləşdirirlər. 

Çavuşoğlu xatırladıb: Fərat Qalxanı əməliyyatının məqsədi bölgəni İŞİD və terror qruplaşmalarından təmizləməkdir.