Hələbdə İŞİD-in sözçüsü öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232217-hələbdə_İŞİd_in_sözçüsü_öldürülüb
İŞİD-in tabeliyində olan informasiya qaynaqları bu terror qrupunun sözçüsünün Suriyanın Hələb şəhərində öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2016 05:47 Asia/Baku
  • Hələbdə İŞİD-in sözçüsü öldürülüb
    Hələbdə İŞİD-in sözçüsü öldürülüb

İŞİD-in tabeliyində olan informasiya qaynaqları bu terror qrupunun sözçüsünün Suriyanın Hələb şəhərində öldürülməsindən xəbər veriblər.

Mehr xəbər agentliyinin Əlnəşrə portalına istinadlı məlumatına görə, İŞİD-in tabeliyində olan Ələmaq saytı dünən bu terror qrupunun sözçüsü Əbu-Muhəmməd Əl-Ədnaninin Suriyanın Hələb şəhərində öldürülməsindən xəbər veirb.

İŞİD terror qrupu öz tabeliyində olan medialar vasitəsilə bildirib ki, Əbu-Muhəmməd Əl-Ədnani adı ilə tanınan Taha Subhi Fəlahə Suriyanın Hələb şəhərindəki döyüşlərdə öldürülüb.

Ələdnanin əsl adı,Yasir Xələf Hussəyn Nizal Əlravidir və indiyədək özü üçün müxtəlif adlar, o cümlədən Cabir Taha Fəllah, Əbu Əlxəttab və Əbu Sadiq Əlravi adlarını seçmişdi.

O, 2005-ci il mayın 31-də amerikalı qüvvələr tərəfindən İraqın Ələnbar vilayətində həbs olundu, amma azad edildikdən və İŞİD-in yaradılmasından sonra "Şam məntəqəsinin əmiri" təyin olundu.

Ələdnani ötən il İŞİD terror qrupunun Suriyanın Hələb şəhərindəki sözçüsü təyin edildi.