Avq 31, 2016 15:17 Asia/Baku
  • Suriya ordusu Hələbin cənubunda irəliləyir
    Suriya ordusu Hələbin cənubunda irəliləyir

Suriya ordusu və xalq müqavimət qüvvələri Hələbin cənubunda irəliləyişini davam etdirərək yeni bölgələri terrorçuların nəzarətindən azad edib.

SANA-nın verdiyi məlumata görə, Suriya ordusu və Müqavimət qüvvələri dünən terrorçulara qarşı həyata keçirdikləri əməliyyatda Əl-Qərasi, Əl-İmarə və Əl-Berəndə bölgələrini tamamilə öz nəzarətinə alıb. 

Bu əməliyyatda terrorçuların hərbi silah sursatı məhv edilib, onlarla terrorçu öldürülüb və yaralanıb. 

Hələbin şərqində hava qoşunları institutunu müdafiə qüvvələri də İŞİD terrorçularına məxsus bir neçə hərbi avtomobili məhv ediblər. 

Suriya ordusu silahlı terrorçuların Hələbin şərqində açdıqları yolu tamamilə bağlayıb. 

Suriya ordusu ölkənin qərbində Həma vilayətinin şimalına çoxlu sayda hərbi qüvvə və silah-sursat yerləşdirərək terrorçuların işğal etdikləri şəhərcikləri azad edib. 

Suriya ordusu eyni zamanda ölkənin şərqində Deyrəzzur vilayətində təkfirçi İŞİD terrorçularına hücum əməliyyatında çoxlu sayda terrorçunu məhv edib. 

Teqlər