Əbdül-Məlik Əl-Hosi: Səudiyyə Ərəbistanı Yəmən müharibəsində məqsədlərinə nail olmadı
-
Əbdül-Məlik Əl-Hosi
Yəmənin Ənsarülaah hərəkatının baş katibi deyib: Səudiyyə Ərəbistanı Yəmən xalqına qarşı müharibədə nəzərdə tutduğu məqsədlərə nail olmadı.
İRNA-nın verdiyi məlumata görə, Yəmənin Ənsarülaah hərəkatının baş katibi Əbdül-Məlik Əl-Hosi dünən deyib: Səudiyyə muzdluları və Səudiyyə Ərəbistanı Yəmənə qarşı nakamlıqlarının əvəzini müzakirə yolu ilə çıxmaq istəyirlər.
Əbdül-Məlik Əl-Hosi deyib: Təcavüzkar qüvvələr xalq hərəkatını öz planları qarşısında maneə görürlər hal bu ki, inqilabçı qüvvələr ərəb və müsəlman ölkələrə qarçı xoşməramlı olduqlarını müxtəlif vasitələrlə nümayiş etdiriblər.
Yəmənin Ənsarullah hərəkatının baş katibi inqilab komitəsinin fəaliyyəti barədə deyib: Bu komitə Yəmən qurumlarının dağılmasının qarşısını alıb və səudilərin təcavüzü ilə qarşılaşmaq bə komitə üçün prioritet təşkil edir.
Əbdül-Məlik Əl-Hosi deyib: Yəmənin Ənsarullah hərəkatı azadlıq uğrunda mübarizə aparır və daxili istibdad və xarici istilaya qarşıdır.