Ərəbistan yəmənlilərlə sərhəd qarşıdurmalarını gizlədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233051-Ərəbistan_yəmənlilərlə_sərhəd_qarşıdurmalarını_gizlədir
Hərbi və Müdafiə məsələləri üzrə xüsusi portal bildirib: Ərəbistan Yəmən sərhədində öz ölülərinin sayını elan etmir və onların bildirdiyi rəqəmlə mövcud fakt və sənədlər arasında çoxlu fərq vardır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2016 06:43 Asia/Baku
  • Ərəbistan yəmənlilərlə sərhəd qarşıdurmalarını gizlədir
    Ərəbistan yəmənlilərlə sərhəd qarşıdurmalarını gizlədir

Hərbi və Müdafiə məsələləri üzrə xüsusi portal bildirib: Ərəbistan Yəmən sərhədində öz ölülərinin sayını elan etmir və onların bildirdiyi rəqəmlə mövcud fakt və sənədlər arasında çoxlu fərq vardır.

Əl-Məsirə telekanalı bildirib: İngiltərənin İHS Janes portalı bildirib: Yəmənlə sərhəddə səudiyyəlilərin xəsarət almasına dair Ərəbistanın bildirdiyi rəqəmlə müharibə təbliğatı qərargahının sənəd və kadrları arasında çoxlu fərq vardır. 

Bu telekanalın müxbiri Bəndər əl-Həttar əlavə edib: İngiltərənin İHS Janes portalı təfərrüatlı bir məqalədə bildirib ki, Səudiyyə Ərəbistanı ordusu bu ölkə ilə Yəmən arasında sərhəddə həlak olan hərbçilərin dəqiq sayını elan etmir. Müəllif ötən həftələrdə Müharibə Təbliğatı Qərargahının yayımladığı bəzi kadrları fakt olaraq məqalədə qeyd edib və bildirib ki, halbuki Ərəbistan Yəmənlə sərhəddə təkcə bir hərbçisinin həlak olduğunu etiraf edib. Əl-Məsirə telekanalının yayımladığı kadrlar Yəmən qüvvələrinin bir neçə bazanı ələ keçirdiyini və bir neçə səudiyyəli hərbçini öldürdüyünü əks etdirir. 

Bu məqalədə bildirilir: Bəzi kadrlarda ələ keçirilən bazalarda səduiyyəli hərbçilərin cəsədləri görünmürdü. Səbəbi, hərbçilərin xidməti yerlərini tərk etməsi və yəmənli qüvvələrlə kiçicik qarşıdurmadır. Bu portal həmçinin bildirib: Ən ağır hadisələrdən biri səudiyyəli bir hərbi avtomobil müşahidə olunur. Belə ki, avtomobilin hərəkət etməsi ilə onun kənarında 8 hərbçinin cəsədi görünür. 

Bu portalın fikrincə, digər ağır hadisə isə, səudiyyəli hərbçilərin hərbi avtomobillə qaçması və BTR-lə toqquşması ilə bağlıdır.