Sen 06, 2016 10:30 Asia/Baku
  • Türkiyə terrorizmlə mübarizə istiqamətində yeni yol xəritəsinin hazırlanmasına səy göstərir
    Türkiyə terrorizmlə mübarizə istiqamətində yeni yol xəritəsinin hazırlanmasına səy göstərir

Türkiyənin baş naziri bu ölkənin terrorizmlə mübarizə istiqamətində yeni yol xəritəsinin hazırlanmasına səyindən xəbər verib.

IRNA-nın məlumatına görə, Binalı Yıldırım dünən Türkiyənin İraqla cənub sərhədlərində bu ölkə ordusunun əməliyyat məntəqəsindən keçirdiyi baxış zamanı deyib: Ankaranın yeni yol xəritəsi terrorizmlə mübarizədə müdafiə deyil, önləyici hücum istiqamətində olacaqdır.

Yıldırım bir daha Türkiyənin PKK ilə mübarizəsinin davam edəcəyini vurğulayaraq, deyib: Daha siyasi həll yolu məsələsindən söz getmir və əzmkarlıqla bu partiyanı məhv etməyə qərarlıdır.

Bu məlumata görə, Türkiyə ordusu cümə günü İraq sərhədləri yaxınlığındakı Çəkurca məntəqəsində PKK-nın mövqelərinə qarşı geniş əməliyyata başlayıbdır.

Bu əməliyyat  150 PKK üzvündən ibarət bir qrupun İraqın şimalından həmin məntəqəyə daxil olması xəbərinin alınmasından sonra şiddətlənibdir.

2012-ci ilin dekabrında başlanmış Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2015-ci ilin iyulunda bu ölkənin Suruç şəhərindəki partlayışın ardınca dayandı.

O zamandan bəri Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumları bərpa ediblər.

Teqlər