Fəllucədə İŞİD terrorçularının kütləvi qəbri aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233264-fəllucədə_İŞİd_terrorçularının_kütləvi_qəbri_aşkarlanıb
İraqlı qüvvələr Fəllucədə təkfirçi-sionist İŞİD qrupu terrorçularının cəsədlərindən ibarət kütləvi bir qəbir aşkarlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2016 08:02 Asia/Baku
  • Fəllucədə İŞİD terrorçularının kütləvi qəbri aşkarlanıb
    Fəllucədə İŞİD terrorçularının kütləvi qəbri aşkarlanıb

İraqlı qüvvələr Fəllucədə təkfirçi-sionist İŞİD qrupu terrorçularının cəsədlərindən ibarət kütləvi bir qəbir aşkarlayıblar.

İraq Müdafiə Nazirliyinin sözçüsü deyib: Bu qəbirdə İŞİD qrupunun yerli və ya xarici üzvlərinə aid cəsədlər dəfn olunub.

İraqlı qüvvələr həmçinin bildiriblər ki, Fəllucədə İŞİD-in müəyyən qədər silah və sursatını da aşkar ediblər. İraq ordusu aşkar edilmiş silahları Fəllucə yaxınlığındakı Əltariq hərbi düşərgəsində toplayıbdır.

Fəllucə Bağdaddan 65 kilometr qərbdə yerləşir və 2014-cü ilin yanvarında İraqın İŞİD terrorçuları tərəfindən işğal olunmuş ilk şəhəri olubdur.