Bəhreynli etirazçıların Ayətullah İsa Qasimin mənzili qarşısındakı piketi davam edir
Bəhreynli etirazçıların bəhreynli mübariz ruhani Ayətullah İsa Qasimin mənzili qarşısındakı piketi davam edir.
Əlaləm telekanalının məlumatına görə, bəhreynlilər Bəhreynin Əldiraz məntəqəsində Ayətullah İsa Qasimin mənzili qarşısında keçirdikləri piketi 77-ci gün dalbadal davam etdiriblər. Aksiyaya səbəb, bu şiə ruhaninin vətandaşlığının əlindən alınmasıdır.
Piketçilər bu şiə ruhani ilə öz həmrəyliklərinə təkid ediblər. Belə bir halda, Bəhreynin xəfiyyə qüvvələri bu məntəqənin mühasirəsini davam etdirirlər. Bəhreynin digər məntəqələri də bu ölkə hökumətinin şiələrə qarşı repressiya hərəkətlərini pisləyən qəzəbli etirazçıların aksiyalarının şahidi olublar.
Bu telekanalın müxbiri Səmir Şuhani bir reportajda bildirib: Bəhreynin xəfiyyə qüvvələri Əldiraz məntəqəsinin giriş və çıxışlarında iri həcmdə yerləşiblər. Onlar çoxlu sayda yoxlama-buraxılış postları və təhlükəsizlik maneələri yaradıblar. Digər tərəfdən, Bəhreynin xəfiyyə qüvvələri Sitrə və Nəim kimi məntəqələrdə aksiyaçılara divan tutublar. Belə bir halda, Human Rights Watch təşkilatı Manama rejimindən istəyibdir ki, Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Nəbil Rəcəbi tez bir zamanda azad etsin. O, Bəhreynin Yəmənə qarşı təcavüzdə iştirakını tənqid etdiyinə görə, 15 il həbs cəzasının verilməsi xətəri ilə üzbəüzdür.
Human Rights Watch təşkilatının Yaxın Şərq bölməsinin müdir müavini bildirib ki, Nəbil Rəcəbin tənqidə görə həbs olunması ondan xəbər verir ki, bu ölkəyə hakim kəsilmiş xanədan insan haqları üzrə ibtidai prinsiplərə əhəmiyyət vermir. Bu təşkilat habelə təsdiq edibdir ki, bəhreynli məsul şəxslər Nəbil Rəcəbin üç həmkarının bu ölkədən çıxmasına qadağa qoyublar. Bu üç nəfər BMT-nin sentyabrın on üçündə Cenevrədə keçiriləcək insan haqları iclasında iştirak etmək əzmində idi.
Bəhreyn İnsan Haqları Mərkəzi də heç bir hökm verilmədən Xəlil Əlhəlvacinin iki il müddətinə həbs olunmasını pisləyib və bu addımı onun ədalətli mühakiməyə malik olmaq üzrə haqqının pozulması hesab edib.
Bu təşkilat bildirib ki, 59 yaşlı Əlhəlvaci iki il bundan öncə xəfiyyə qüvvələrinin onun mənzilinə qarşı basqını zamanı həbs olunub, halbuki hücumçular bu hərəkətə görə, heç bir icazəyə malik olmayıblar. O, həmçinin saxta etirafnaməni imzalamaq üçün işgəncəyə məruz edilibdr.