Sen 06, 2016 12:35 Asia/Baku
  • Bəhreynli hüquq fəalı- Nəbil Rəcəbin hökmü oktyabrın altısında veriləcək
    Bəhreynli hüquq fəalı- Nəbil Rəcəbin hökmü oktyabrın altısında veriləcək

Bəhreyn məhkəməsi rejimlə müxalif olan hüquq fəalı Nəbil Rəcəbin hökmünü oktyabrın altısında verəcək.

Əlaləm telekanalının məlumatına görə, Nəbil Rəcəb ölkədə rəsmi orqana və Ərəbistana hörmətsizlik ittihamı ilə mühakimə olunacaq. Bəhreyn prokurorluğu həmçinin elektron pozuntularla mübarizə idarəsinin bəynatına istinadla Nəbil Rəcəbə qarşı yeni ittihamlar irəli sürüb.

Elektron pozuntularla mübarizə idarəsinin bəynatında Nəbil Rəcəbin Nyu-York Tayms qəzetindəki məqaləsinə işarə olunub. Məhkəmə bir daha Nəbil Rəcəbin azadlığı üzrə ərizələri rədd edib. Bu hüquq fəalı azadığından bir ildən az bir müddətdə bir daha, yəni iyun ayında həbs olundu. 

Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Nəbil Rəcəbə qarşı irəli sürülmüş ittihamlar bu hüquq fəalının Twitter-də yaydığı müraciətlərə görədir; belə ki, o, bu müraciətlərdə Ərəbistanın Yəmənə müdaxiləsini tənqid etmiş və özünün məhbəsdə işgəncə edildiyini xəbər vermişdi.

Teqlər