Ərəbistanın silah anbarı məhv edildi
Sen 10, 2016 05:38 Asia/Baku
-
Ərəbistanın silah anbarı məhv edildi
Yəmən ordusu və xalq qüvvələri Riqab əl-Fəvaz bazasını hədəfə alıblar. Bu hücum nəticəsində silah anbarının partlaması ilə səmanı tüstü bürüyüb.
Əl-Aləm telekanalının məlumatına görə, Nəcranda Nəhvəq bazasında Ərəbistan hərbçilərinin məkanları və hərbi təchizatlarının olduğu yerlər, həmçinin Cizanda Səvdanə, Məlhəmə və Duxan bazaları atəşə tutulub.
Yəmən daxilində də Həccə vilayətində Midi səhrasının şimalında muzdlu qüvvələrin hücumu məğlubiyyətlə nəticələnib.
Bu əməliyyatda 15 muzdlu öldürülüb, bir qrup da yaralanıb. Habelə 7 nəfər də əsir götürülüb.
Teqlər