Çavuşoğlu: Təhlükəsiz bölgənin yaradılması Təhlükəsizlik Şurasının qətnaməsinə ehtiyaclıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233996-Çavuşoğlu_təhlükəsiz_bölgənin_yaradılması_təhlükəsizlik_Şurasının_qətnaməsinə_ehtiyaclıdır
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə Ankarada keçirdiyi birgə mətbuat brifinqində deyib: Türkiyə tam hakimiyyət hüquqlu ölkədir və Türkiyə qarşısında hər bir işi edə və istədiyi hər nəyi ala biləcəyini düşünən ölkələr bu düşüncəsinə yenidən baxmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2016 08:31 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə Ankarada keçirdiyi birgə mətbuat brifinqində deyib: Türkiyə tam hakimiyyət hüquqlu ölkədir və Türkiyə qarşısında hər bir işi edə və istədiyi hər nəyi ala biləcəyini düşünən ölkələr bu düşüncəsinə yenidən baxmalıdırlar.

Əl-Cəzirə telekanalının məlumatına görə, Çavuşoğlu əlavə edib: Təhlükəsiz zonanın yaradılması çox önəmlidir. Lakin bu zonanın yaradılması barəsində qərarın verilməsi, NATO-nun üzərinə deyil, beynəlxalq qətnamələr onu təsdiqləməlidir.
Carablos və Mənbicdə təhlükəsiz şəraitin yaradılmasına çalışırıq. Lakin heç kimi bu bölgəyə qayıtmağa məcbur etməyəcəyik.