Sen 10, 2016 20:20 Asia/Baku
  • Bəhreynli piketçilər: İsa Qasim qırmızı xəttimizdir
    Bəhreynli piketçilər: İsa Qasim qırmızı xəttimizdir

Bəhreynlilər Şeyx İsa Qasimə dəstək yürüşü keçirib və onu qırmızı xətt adlandırıblar.

Press TV-nin məlumatına görə, Bəhreynin müxtəlif bölgələrində çoxlu sayda insan vətəndaşlığı ləğv olunan bəhreynli nüfuzlu alim Şeyx İsa Qasimə dəstəyi elan edərək aksiya keçirib.

Onlar "İsa Qasim qırmızı xəttimizdir" və "Bəhreyn kralı Həməd devrilsin" kimi şüarlar səsləndiriblər. 

Bəhreynin müxtəlif kənd və qəsəbələrində etirazçılar həmçinin müxaliflərin repressiya olunmasında Manama ilə əlbir olmasına görə, Səudiyyə Ərəbistanını da pisləyiblər.

Bəhreyn rejimi ötən bir ay ərzində müxaliflərə qarşı repressiyanı gücləndirib.

Hətta Bəhreyn rejimi cümə namazının qılınması üçün bəhreynlilərin toplantısına mane olur.

2011-ci ilin mart ayından Bəhreyn xalq qiyamı və Ali-Xəlifə rejiminə qarşı irimiqyaslı etirazların şahididir. Nəticədə çoxlu sayda vətəndaş rejim qüvvələri tərəfindən qətlə yetirilib, minlərlə nəfər ya yaralanıb və ya da həbs olunub.

Teqlər