Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i234143-Ərəbistanın_yəmənin_müxtəlif_bölgələrinə_hücumları_davam_edir
Səudiyyəli qırıcı təyyarələr Yəmənin müxtəlif bölgələrini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2016 16:01 Asia/Baku
  • Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
    Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir

Səudiyyəli qırıcı təyyarələr Yəmənin müxtəlif bölgələrini bombardman ediblər.

Əl-Məsirə telekanalının məlumatına görə, səudiyyəli qırıcı təyyarələr, bu gün şənbə günü Yəmən paytaxtı Sənanın beynəlxalq hava limanını bir neçə dəfə bombalayıblar. Bu bombardmanlar nəticəsində aeroporta ağır xəsarətlər dəyib.

Ərəbistan ötən avqustdan indiyə qədər Səna beynəlxalq aeroportunu davamlı şəkildə hücumlara məruz qoyur.

Yəmən Turizm Şurasının bildirdiyinə görə, bu ölkənin 13 vilayətində 200-dən çox turist mərkəzi Ərəbistanın 17 aylıq təcavüzü nəticəsində dağılmış və 2 milyard dollardan çox ilk xəsarətlər yaranmışdır. Sənadan əlavə, İb, əl-Couf, əl-Hədidə, əl-Zale, əl-Məhviyyət, Təiz, Ədən, Ləhic, Sədə, Həccə, əl-Zallə və Həzərmut vilayətlərə də çoxlu xəsarətlər dəymişdir. Beynəlxalq dairələrin sükutu ilə yanaşı olan Ərəbistanın Yəmənə 17 aylıq təcavüzü indiyə qədər minlərlə yəmənlinin həlak olması və yaralanması və bu ölkənin əsas infrastrukturlarının məhv olması ilə nəticələnib.