Yəmən ordusu Ərəbistanın uçan pilotsuz aparatını ələ keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i235304-yəmən_ordusu_Ərəbistanın_uçan_pilotsuz_aparatını_ələ_keçirdi
Yəmənin Müdafiə Nazirliyi Ərəbistan ordusunun uçan pilotsuz aparatının ələ keçirildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2016 06:04 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın uçan pilotsuz aparatını ələ keçirdi
    Yəmən ordusu Ərəbistanın uçan pilotsuz aparatını ələ keçirdi

Yəmənin Müdafiə Nazirliyi Ərəbistan ordusunun uçan pilotsuz aparatının ələ keçirildiyini bildirib.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, Yəmənin Müdafiə Nazirliyi cümə günü bildirib: Ordunun texniki və mühəndislik bölməsi Ərəbistanın cənubunda Nəcran vilayətində Ərəbistan ordusunun bir ədəd uçan pilotsuz aparatını yerə endirərək ələ keçirib. 

Ərəbistan ordusu əl-Tələ və Zülm bazalarındakı öz mövqelərindən geri çəkilməklə və ağır hərbi xəsarətlər verməklə hal-hazırda bu bölgələrdə uçan pilotsuz aparatlardan istifadə edir. 

Yəmənin əl-Məsirə televiziyası da bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya qırıcılarının Marib vilayətinin əl-Zəğən məntəqəsinə hücumunda azı 5 yəmənli sivil həlak olub.