Yəmənli qüvvələr 2 məntəqəni Ərəbistan muzdlularından təmizlədilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i236735-yəmənli_qüvvələr_2_məntəqəni_Ərəbistan_muzdlularından_təmizlədilər
Yəmən ordusu və xalq qüvvələri Cəvf əyalətində iki məntəqəni Ərəbistan muzdlularından təmizləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2016 14:18 Asia/Baku
  • Yəmənli qüvvələr 2 məntəqəni Ərəbistan muzdlularından təmizlədilər
    Yəmənli qüvvələr 2 məntəqəni Ərəbistan muzdlularından təmizlədilər

Yəmən ordusu və xalq qüvvələri Cəvf əyalətində iki məntəqəni Ərəbistan muzdlularından təmizləyiblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənə olan hücumlarını artırıblar və hücumlar əsasən Cəvf əyalətinə qarşı olub. Bu hücumlarda yaşayış məntəqələri və əkin sahələrinə ciddi zərər və ziyanlar dəyib. 

Yəmən ordusu və xalq qüvvələri isə Ərəbistan muzdlularının hücumlarını geri oturdaraq, onlarla nəfəri öldürüblər. 

Ərəbistan qırıcıları İb şəhərinə olan  hücumlarında isə bir evi hədəfə alıblar. Nəticədə bir ailəni üzvü olan 9 nəfər həyatını itirib. 

Təiz şəhərində isə bir avtomobilin hədəfə alınması 2 nəfərin ölməsinə səbəb olub. 

Ərəbistanın bu cinayətlərinə cavab olaraq, Yəmənli qüvvələr Cəvf əyalətində yerləşən strateji əhəmiyyətli Ham və Cəbəl məntəqələrini Ərəbistan muzdlularından təm izləyiblər.