Sen 26, 2016 17:48 Asia/Baku
  • Ali-Xəlifə rejimi repressiya siyasətini davam etdirir
    Ali-Xəlifə rejimi repressiya siyasətini davam etdirir

Ali-Xəlifə rejiminə bağlı qüvvələr müxaliflərin repressiyasını davam etdirirlər.

PressTV-nin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminə bağlı qüvvələr bazar günü paytaxt Manama və Sitrə adasında şiələrin  tanınmış şiə ruhani Şeyx İsa Qasım ilə həmrəylik aksiyasına qarşı güc tətbiq edərək, gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə ediblər. 

Bəhreynin təhlükəsizlik qüvvələri həmçinin, Dəmestan məntəqəsində insanların evlərinə basqın edərək, Əli Məhəmməd Həbib  Ali-Seyf adlı gənci həbs ediblər. 

Bu məlumata görə, Cəfir məntəqəsinin sakini olan bir nəfər də həbs edilib. 

Ali-Xəlifə rejimi 20 iyun tarixində Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasımın vətəndaşlığını ləğv etdi. 

Bəhreynin Apelyasiya Məhkəməsi də cümə axşamı Əl-Vifaq cəmiyyətinin buraxılması və mal varlığının müsadirə edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı sülalə hakimiyyətinə son qoyulması və demokratik quruluşun formalaşmasını istəyir. 

Ali-Xəlifə rejiminin müxaliflərinə qarşı repressiyalarında indiyə kimi onlarla nəfər həlak olub, minlərlə nəfər də yaralanıb. 

Teqlər