Müqəddəs Müdafiə və səudiyyəli-amerikan gizli əllər
-
Əli Laricani
Gizli səudiyyəli-amerikalı əllər 8 illik Müqəddəs Müdafiə dövründə İran əleyhinə birləşmişdi. Amma sonda onlar məğlubiyyətlə üzləşdilər.
Müqəddəs Müdafiə illərindən uzaqlaşdıqca, daha çox sənədlər öz gizlilik məfhumunu itirir və bu elan olunmamış müharibənin digər cəhətləri ifşa olunur.
Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Əmir Bəndər Bin Sultan deyib: Kral Fəhəd şəxsən fəxrlə İraqın yanında durdu. Və Səddam həmişə deyirdi ki, əsil ərəblər səudiyyəlilərdir. Və əsil ərəb Fəhəddir.
Ərəbistanın sabiq əmək naziri Qazi əl-Qəsibi deyib: İraq bizim dəstəyimiz olmadan məğlub olardı. Elə buna görə, Ərəbistan Səddamın yanında durdu.
Səddamı qardaş səsləyən Fəhəd İraqın müharibə maşınına milyardlarla pul axıdırdı.
Amerikanın Ər-Riyaddakı sabiq səfiri Ceyms Akinz bildirib: Küveyt və Ərəbistan İraqa 60 milyard dollar ödədilər. Ərəbistan 40 milyard, Küveyt 20 milyard. Ərəbistan bundan əlavə Amerika silahlarını İraqa təhvil verirdi.
Səudiyyə səyyar bank rolundan əlavə, Amerikanın Səddama köməklərini sadələşdirən tərəf idi. Bu ümidlə ki, İslam İnqilabını boğsunlar.
ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Hovard Tişer bildirib: Biz, İranın silahlı qüvvələri ilə bağlı Ərəbistana verdiyimiz məlumatların İraqın əlinə çatacağını bilirdik. Biz İranın silahlı qüvvələrinin qüdrətinə dair qiymətləndirməmizi, onların tankları və raket sistemlərini hədəfə almaq qüdrəti ilə bağlı məlumatları dostlarımızın ixtiyarına verirdik. Və onların iraqlıların əlinə çatmasını gözləyirdik.
Ali-Səud mümkün hər bir yolla iranlıların səsini kəsməyə çalışırdı. Ən aydın misalı, 1987-ci ildə Məkkə zəvvarlarına arxadan vurulan xəncər idi. Bu cinayət İmam Ruhullaha ağır gəldi.
Həzrət İmam Xomeyni (rə) o zaman söylədi: Əgər biz Qüds məsələsindən vaz keçəriksə, əgər Səddamdan keçəriksə, əgər bizə pisliklər edənlərin hamısından keçəriksə, Hicab məsələsi başqa bir məsələdir.
Amerikalılar da o illərdə heç nəyi əsirgəmədilər. İranın neft platformalarına hücumdan tutmuş, neft tankerlərinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Fars Körfəzinə daxil olmağa qədər.
ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan isə deyirdi ki, biz İranın və yaxud hər bir digər tərəfin təhdidi qarşısında neft tankerlərinin keçidinin təhlükəsizliyini üzərimizə götürürük. Çünki belə etməzsək, SSRİ üçün fürsət yaranacaq.
Bəzilərinin Amerikanın nə qədər İraqın tərəfində olması ilə bağlı şübhələri vardısa, Səddam tərəfdarlarının yankilərin gəmisinə hücumundan və 37 ekipaj heyətini öldürdükdən sonra, sanki heç nə baş vermədi. Beləliklə, onlar üçün şübhə qalmadı.
İran Airbasının 290 sivillə birlikdə məhv edildiyi zaman, artıq Amerikanın İslam Respublikası ilə düşmənçiliyinin hara qədər gedib çatdığını bilməyən şəxs qalmadı.
Qarşı tərəfin düzülmə forması hələ də dəyişməyib. Səudiyyəlilər hələ də Amerika komandasındadırlar. Və Ağ Ev də hər bir cinayətdə onların arxasındadır. İstər müdafiəsiz yəmənlilərə qarşı olsun, istərsə də suriyalılar və iraqlılar.
İran hələ də onların hədəfindədir. Çünki inqilabçı və İslam Respublikasıdır.