Bəhreyndə Şeyx İsa Qasımı himayə üzrə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i236915-bəhreyndə_Şeyx_İsa_qasımı_himayə_üzrə_aksiya_keçirilib
Bəhreyndə Ali-Xəlifə rejiminin repressiyaları əleyhinə xalq etirazları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2016 13:39 Asia/Baku
  • Bəhreyndə Şeyx İsa Qasımı himayə üzrə aksiya keçirilib
    Bəhreyndə Şeyx İsa Qasımı himayə üzrə aksiya keçirilib

Bəhreyndə Ali-Xəlifə rejiminin repressiyaları əleyhinə xalq etirazları davam edir.

Bəhreyn xalqı bir daha bu ölkə şiələrinin rəhbəri Şeyx İsa Qasımı himayə üzrə paytaxt Manamanın Əddiraz məntəqəsində aksiya keçirib.

Manamanın Səsi radiosunun verdiyi məlumata görə, aksiya iştirakçıları Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirib, Şeyx İsa Qasımın vətəndaşlığını ləğv edən məhkəmə qərarının ləğv edilməsini istəyiblər.

Bu arada Bəhreyn məhkəməsi bazar ertəsi günü Şeyx İsa Qasımın məhkəmə işini 3 ay təxirə salıb.

Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlığını ləğv etməsi ölkədə geniş xalq etirazlarına yol açıb.