Sen 28, 2016 10:44 Asia/Baku
  • Hələbin mərkəzi hissələri Suriya ordusunun nəzarətində
    Hələbin mərkəzi hissələri Suriya ordusunun nəzarətində

Suriya ordusu qüvvələri Hələb şəhərinin mərkəzində bir sıra hissələri terrorçuların nəzarətindən çıxararaq öz nəzarətinə götürüb.

Suriyanın Dövlət Televiziyasının məlumatına görə, Suriya hərbi qüvvələri çərşənbə axşamı günü Hələb şəhərinin mərkəzində bir sıra hissələrə nəzarəti ələ keçirib. 

Suriya ordusu Hələbin məşhur qalası yaxınlığında Fərafərə məhəlləsini öz nəzarətinə götürüb və Hələb şəhərinin mərkəzi hissəsinə tam nəzarət üçün döyüşlər davam edir. 

Suriya ordusu çərşənbə axşamı günü Hələbə quru hücuma dörd istiqamətdən başlayıb və eyni zamanda Suriya qırıcıları Hələbdə terrorçuların mövqelərinə hücumlar edirlər. 

ABŞ və Rusiyanın razılaşması ilə Suriyada müvəqqəti atəkşəs başlansa da, davamlı olmadı və Hələbin şərq məhəllələri ötən bir neçə gündə güclü döyüşlərin şahidi olmuşdur. 

2012-ci ildə terrorçuların bir neçə məhəlləsini işğal etdiyi Suriyanın ən böyük şəhəri olan Hələb şəhəri Suriya ordusu və terrorçu qüvvələrin döyüşlərinin əsas mərkəzlərindən biridir. 

Teqlər