Suriyanın şimalında federal quruluşun bərqərar olunmasına qarşı çıxılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i236978-suriyanın_şimalında_federal_quruluşun_bərqərar_olunmasına_qarşı_çıxılıb
Suriyanın Həsəkə kürdsakinli bölgəsinin Rəhbərlər Şurası Suriyanın şimalında federal quruluşun bərqərar olunması və ya parçalanma üçün istənilən səyə qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2016 07:42 Asia/Baku
  • Suriyanın şimalında federal quruluşun bərqərar olunmasına qarşı çıxılıb
    Suriyanın şimalında federal quruluşun bərqərar olunmasına qarşı çıxılıb

Suriyanın Həsəkə kürdsakinli bölgəsinin Rəhbərlər Şurası Suriyanın şimalında federal quruluşun bərqərar olunması və ya parçalanma üçün istənilən səyə qarşı çıxıb.

Suriyanın Rəsmi İnformasiya Agentliyi SANA-nın məlumatına görə, Həsəkənin kürdsakinli bölgəsinin Qəbilələr və Köçərilər Rəhbərlər Şurası Suriya Milli İctimai Partiyası və Şöbələr Partiyası ilə əməkdaşlıq edərək ərazi bütövlüyünü vurğulamaq və bu ölkənin şimalıda federal quruluşun bərqərar olunmasına qarşı olmaq məqsədilə toplantı keçirib. 

Suriya Həsəkə Rəhbərlər Şurası bu toplantının yekun bəyanatında ölkənin şimalında federal quruluşun bərqərar olunması üçün şübhəli hərəkətin olduğu və bu amillərin Amerika ilə əlaqələrinin olduğu bildirilərək əlavə olunub: Federallıq planı Suriyanı parçalamaq və bu ölkə övladları arasında ixtilaf toxumu səpmək məqsədilə Amerika və sionist rejimin dəstəkləri və proqramlarına əsasən nəzərdə tutulub. 

Həsəkə Qəbilələr və Köçərilər Rəhbərlər Şurası bu hərəkətin təhlükələri barədə xəbərdarlıq edərək ölkənin ərazi bütövlüyü və birgə yanaşı yaşamaq üçün bütün suriyalıların ayıq-sayıq olmasını vurğulayıb və milli hakimiyyətə zidd və qanundan kənar plana qarşı çıxmalarını istəyib. 

Bu toplantının iştirakçıları siyasi partiyalar və ictimai dairələrdən Suriyanı naməlum istiqamətə sürükləmək istəyən şəxslərin qarşısını almağa və ölkənin parçalanmasına dair istənilən müraciətə qarşı çıxmalarını istəyiblər. 

Suriya böhranından 5 ilin keçməsi və Dəməşqi devirmək üzrə böyük və beynəlxalq qüdrətlərin məğlubiyyətindən sonra, həmin ölkələr Suriyanın parçalanmasına çalışırlar.