Sen 28, 2016 18:27 Asia/Baku
  • Heydər İbadi
    Heydər İbadi

İraqın baş naziri deyib: Kürdüstan bölgəsi İraqdan ayrılmaq niyyətində deyil.

Heydər Əl-İbadi dünən Nazirlər Kabinetinin iclasından sonra müxbirlərə verdiyi açıqlamada Məsud Barizaninin yaxın günlərdə Bağdada səfər edəcəyini bildirərək deyib: Səfər zamanı Bağdad-Ərbil əlaqələri və Mosul savaşı müzakirə olunacaq. 

İRNA-nın verdiyi  məlumata görə, İraqın baş naziri Barizani ilə müzakirələrə İraq Kürdüstanı bölgəsindən neftin ixracatı mövzusunun da daxil olduğunu bildirərək deyib: Bu sahədə şəffaflıq yaradılmalıdır. 

İraqın baş naziri Mosulun azad edilməsi əməliyyatına da toxunub: " Mosula hücum vaxtı , bu əməliyyatda iştirak edəcək bütün qüvvələrin hazır olması və vətəndaşların canının təhlükəsizliyinə zəmanət yaradılacağından asılıdır."- deyə Əl-İbadi bildirib. 

Heydər Əl-İbadi xalq səfərbər qüvvələrin terrorizm ilə mübarizədəki əsas roluna toxunaraq deyib: İraq qüvvələri xalq səfərbər qüvvələri ilə birlikdə terrorizm ilə mübarizədə böyük təcrübə qazanıblar. 

İraqın baş naziri Türkiyə prezidentini Mosul əməliyyatının başlanması üçün müəyyən tarix elan etdiyinə görə tənqid edərək Türkiyənin bu əməliyyatda iştirakının olmayacağını deyib. 

Əl-İbadi eyni zamanda Türkiyə ilə də digər qonşu ölkələrlə olduğu kimi yaxın əlaqələrə malik olmağı arzuladığını dilə gətirib və bu istiqamətdə Türkiyənin addım atmalı olduğunu deyib. 

Əl-İbadi  deyib: Türkiyə PKK-dan nigarandırsa onlara qarşı hərbi əməliyyatların yeri İraq deyil.

Teqlər