Sen 28, 2016 19:50 Asia/Baku
  • Nəbil Rəcəb
    Nəbil Rəcəb

Bəhreyn insan haqları mərkəzinin sədri Nəbil Rəcəb Danimarkada keçirilən bir konfransa müraciət edərək Bəhreyndə insan haqları durumunun çox acınacaqlı olduğunu bildirib.

Nəbil Rəcəbin yazılı müraciətində deyilir: Bəhreyn başçıları çoxlu sayda hüquq müdafiəçisinin ölkədən çıxmasına qadağa qoyub və buna görə 20 hüquq müdafiəçisi isə Cenevrə iclasında iştirak edə bilməyib.

Nəbil Rəcəb deyib: Bəhreyn başçıları Bəhreyn şiələrinin rəhbəri şeyx İsa Qasimin vətəndaşlıq hüququnu ləğv ediblər və onu ölkədən çıxmağa məcbur etmək istəyirlər , bu isə ümumi fikrin reaksiyiasına səbəb olub. 

Beynəlxalq səviyyədə Bəhreyndə insan haqları durumundan nigarançılıqlar artmaqdadır , dünyanın müxtəlif ölkələrində Bəhreyndəki indana haqlarının durumu ilə əlaqədar iclasların keçirilməsi də bu həqiqətdən xəbər verir. 

Belə bir şəraitdə Ali-Xəlifə rejimi öz cinayətlərinin daha geniş miqyasda ifşa olunmasının qarşısını almaq üçün bəhreynli hüquq müdafiəçilərinin hüquqi qurumlarda iştirakına mane olur. 

Cenevrə iclasında bəhreynlilərin iştirakına qoyulan qadağa bu qəbildəndir. 

Bəhreyn 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq qiyamının və onun ardıncada rejimin repressiyalarının şahididir. 

Xalq azadlıq, ədalət, ayrı-seçkiliyə son qoyulması və hökumətin xalq tərəfindən seçilməsini tələb edir. Bəhreyn rejimi etirazları yatırtmaq üçün bir çox siyasi fəali, həbs edib onlara qarşı uzun müddətli həbs hökmləri çıxarıb. 

Ali-Xəlifə rejiminin repressiya siyasətlərinin nəticəsi Bəhreyndə repressiya atmosferinin yaranmasından ibarət olub. Bəhreynin hüquq müdafiə mərkəzlərinin bildirdiklərinə görə, Ali xəlifə rejiminin həbsxanalarında minlərlə siyasi məhbus saxlanılmaqdadır. 

Ali-Xəlifə rejiminin repressiya siyasəti sadəcə siyasi fəalları hədəfə almır həm də vətəndaşlıq hüququnun alınması ilə ölkədə əhalinin tərkibinin dəyişdirilməsi də həyata keçirilir. 

Ali-Xəlifə rejiminin müxaliflərin vətəndaşlığını ləğv etməsi beynəlxalq hüquqa tam zidd hərəkətdir. Ümumdünya insan haqları bəyannaməsinin 15-ci bəndinə görə hər bir insanın vətəndaşlıq haqqı var və kimsə vətəndaşlıq hüququndan məhrum edilə bilməz. 

Beləliklə Ali-xəlifə remiminin bu hərəkətləri beynəlxalq hüquqa ziddir 

Ali-Xəlifə rejimi isə bütün yollardan xalqın qiyamını cilovlamaq və müxalifləri ölkənin siyasi-ictimai səhnəsindən kənarlaşdırmaq üçün istifadə edir. 

Ali-Xəlifə rejiminin repressiyaları isə beynəlxalq səviyyədə pislənilməkdə davam edir. BMT insan haqları şurasının son aylardakı reaksiyaları buna sübutdur. 

Bəhreyn hadisələri bu ölkədə vəziyyətin daha da gərginləşməsini göstərir . Bəhreyndə insan haqlarının pozulması o qədər faciəli hal alıb ki, hər kəs ona qarşı münasibət bildirir. Buna insan haqları qurumları və heyətlərinin Bəhreyn barədəki hesabatlarında eləcə də Bəhreyndin hüquq faallarının beynəlxalq iclaslara yazılı müraciətlərində də müşahidə etmək olar. 

Teqlər