Bəhreyndə məhkəmə müstəqilliyi yoxdur
Bəhreyn Universitetinin sabiq müəllimi deyib: Bəhreyn krallığında qanun və ədliyyə strukturunun sağlamlığı və müstəqilliyi yoxdur.
Press TV-nin məlumatına görə, Kollin Kavel Bəhreyn əl-Vifaq Partiyasının ləğv olunması qərarının təsdiqlənməsinin sifarişli olduğunu deyərək məhkəmə qərarlarının taleyini siyasi məsələlərin təyin etdiyini bildirib. Əslində Bəhreyn krallığında qanun və ədliyyə strukturunun sağlamlığı və müstəqilliyi yoxdur. Bəhreyndə keçirilən məhkəmələr formaldır. Çünki hakimləri Ali-Xəlifə ailəsi təyin edir və onlar rejimin diktə etdiyi məsələləri qərar olaraq təsdiqləyirlər. Əksər hallarda heç bir şahid və fakt yoxdur və rejimin nəzərdə tutduğu prosesə əsasən addım atırlar. Misal üçün bəhreynli insan haqları fəalı Nəbil Rəcəb virtual aləmdə Yəmən müharibəsi barədə öz fikirlərini bəyan etdiyinə görə, azadlıqdan məhrum olunub. Halbuki o, BMT-nin insan haqları üzrə əsasnaməsində qeyd olunan ifadə azadlığından istifadə etmişdir. Şeyx İsa Qasim və Şeyx Əli Salman da ölkədə demokratiyanı tələb etdikləriə görə, həbs olunmuş və ya vətəndaşlıqları ləğv olunmuşdur. 2001-dən bəri onlarla etirazçı həlak olmuş, yüzlərlə nəfər yaralanmış və çoxlu sayda bəhreynli də həbs olunmuşdur. Ali-Xəlifə həbsxanalarında siyasi və inanc məhbusları işgəncə olunurlar. Bütün repressiyalara rəğmən, Bəhreyn vətəndaşları demokratiya uğrunda öz tələblərinin sülh yolu ilə bəyan edirlər.