Suriya ordusu sürətli irəliləmə üçün plan hazırlayır
-
Suriya ordusu sürətli irəliləmə üçün plan hazırlayır
Suriya ordusu Hələb şəhərinin qədim məhəllələrində sürətli irəliləmək üçün proqram hazırlayır.
Əl-Məyadin televiziyasının məlumatına görə, Suriya ordusunun əl-Fərafərəyə nəzarəti ələ keçirməsi Hələb şəhərinin şərq məhəllələri və qədim hissəsində silahlı qrupların müdafiə xəttinə ilk böyük zərbə olub və Hələb qalası daxilində Suriya ordusu qüvvələrinə tədarüklərin çatdırılması üçün şərait yaranıb.
Suriya ordusunun bir zabiti əl-Məyadin müxbirinə deyib: Bu bölgəyə nəzarətin hərbi əhəmiyyəti bundadır ki, 3 ildir Hələbdə olan silahlı qrupların ön cəbhəsi qırıldı. Yaraqlılar həmçinin əl-Fərafərə məhəlləsindən Hələb qalasına doğru tunellər qazırdılar. Şübhəsiz silahlı qrupların ilk müdafiə xəttinin qırılması onların əhval-ruhiyyəsinə mənfi təsir göstərəcək.
Bu reportajın davamında bildirilir: Suriya ordusu əl-Fərafərə məhəlləsinə nəzarəti ələ keçirmək üçün bu məhəlləyə nüfuz istiqamətində öz kiçik dəstələrindən istifadə edib. Bu məhəllə silahlı qrupların nəzarətində olan Hələb şəhərinin şərq hissələrinin darvazasıdır. Hələb şəhərinin qədim hissəsində çoxlu tunellər vardır və Suriya ordusu bu bölgəni tez bir zamanda öz nəzarətinə keçirməlidir ki, silahlı qrupların bu tunellərdən istifadəsinə mane olsun. Buna görə, şərq hissələrində əməliyyata başlamaq üçün şəhərin qədim hissələrinin azad edilməsi əhəmiyyətlidir.
Ən-Nüsrə Cəbhəsi yaraqlıları əhalinin ərzaq maddələrini saxlayırlar ki, onları övladları və uşaqlarını bu qrupa üzv olmağa məcbur etsinlər. Ən-Nüsrə Cəbhəsi və Nurəddin Zəngi qruplaşmaları Həndərat düşərgəsinə hücum üçün 15-60 yaş arasında bütün kişiləri bu əməliyyatda iştirak etməyə məcbur ediblər.