Heydər əl-İbadi Məsud Barzani ilə görüşüb
-
Heydər əl-İbadi Məsud Barzani ilə görüşüb
İraq baş naziri və Kürdüstan bölgəsinin başçısı İraqda terrorçuların məhvi üçün hərbi əməliyyatların davam etməsinin vacibliyini vurğulayıblar.
İRİB-in məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi ötəngün İraq Kürdüstan bölgəsinin rəhbəri Məsud Barzani ilə keçirdiyi müştərək mətbuat konfransında terrorçularla mübarizə üçün İraq silahlı qüvvələri ilə kürd peşmərgə qüvvələri arasında tam koordinasiyanın mövcud olduğunu bildirərək deyib: Tezliklə Mosul İŞİD-in işğalından azad ediləcək.
Heydər əl-İbadi həmçinin Bağdad-Ərbil arasında müxtəlif məsələlərdə ixtilafların həlli üzrə razılığın əldə olunduğunu bildirərək deyib: Neft və qaz bütün iraqlılara aiddir.
Bu arada İraq Kürdüstanı bölgəsinin rəhbəri Məsud Barzani deyib: İraqın Kürdüstan yerli idarəçiliyi mərkəzi hökuməti tam şəkildə dəstəkləyir.