Səudiyyə Ərəbistanının Yəmənə qarşı hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237410-səudiyyə_Ərəbistanının_yəmənə_qarşı_hava_hücumları_davam_edir
Beynəlxalq ictimaiyyətin susqunluğu sayəsində Səudiyyə Ərəbistanının qırıcı təyyarələri bir daha Yəməndə yaşayış məntəqələrini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 13:49 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəmənə qarşı hava hücumları davam edir
    Səudiyyə Ərəbistanının Yəmənə qarşı hava hücumları davam edir

Beynəlxalq ictimaiyyətin susqunluğu sayəsində Səudiyyə Ərəbistanının qırıcı təyyarələri bir daha Yəməndə yaşayış məntəqələrini bombalayıblar.

Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələri bu gün Yəmənin qərbində Həccə vilayətinin Heyran bölgəsində bir məktəbi hədəfə alıblar. 

Səudiyyə qırıcıları Yəmənin şimal-qərbində Sədə vilayətinin Kətaf rayonunu eləcə də Təəz vilayətinin Əzbab bölgəsini bombalayıblar. 

Bu hücumların ehtimal olunan  tələfatı barədə hələlik məlumat yayılmayıb. 

Həmçinin Səudiyyə muzdlularının Yəmənin Həccə vilayətinin Midi sahillərinə doğru irəliləyişinin qarşısı alınıb, muzdlulardan bir neçə nəfəri Yəmən ordusu və xalq qüvvələri ilə toqquşmalarda öldürülüb. 

Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı muzdlularının Sənada əl-Mədfun bölgəsinin şərqində yerləşən qərargahını muzdlulardan təmizləyiblər və bir neçə muzdlunu məhv ediblər.