Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı etirazları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i237416-bəhreyn_xalqının_ali_xəlifə_rejiminə_qarşı_etirazları_davam_edir
Bəhreynlilər bir daha məşhur şiə ruhani şeyx İsa Qasimə dəstək olaraq Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 13:51 Asia/Baku
  • Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı etirazları davam edir
    Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı etirazları davam edir

Bəhreynlilər bir daha məşhur şiə ruhani şeyx İsa Qasimə dəstək olaraq Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyası keçiriblər.

Miratül-Bəhreyn informasiya portalının verdiyi məlumata görə, minlərlə bəhreynli ölkənin müxtəlif bölgələrində, o sıradan paytaxt Manamanın Əd-Duraz məntəqəsində Şeyx İsa Qasimə dəstək üçün geniş aksiyalar keçiriblər. Aksiya iştirakçıları Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirərək dini alimlər, xüsusilə də Şeyx İsa Qasimə qarşı çıxarılan ədalətsiz qərarların ləğv edilməsini istəyiblər. 

Bəhreyn rejimi 2016-cı il iyun ayında məşhur şiə ruhani Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdi. Bu qərar Bəhreyn şiələri və dünya səviyyəsində kəskin etirazlara səbəb oldu. 

Bəhreyn 2011-ci il fevraldan bəri Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir. 

Bəhreyn xalqı ölkədə siyasi islahatların apraılmasını, azadlıq və ədalətin bərqərar olunması, ayrı-seçkiliklərə son qoyulması və xaqlın səsi əsasında hökumətin formalaşmasını tələb edir, ancaq Ali-Xəlifə rejimi xalqın tələblərinə qəddar metodlarla cavab verir.