Suriyada Rusiyanın bombardımançı təyyarələrinin sayı artıb
-
Suriyada Rusiyanın bombardımançı təyyarələrinin sayı artıb
Vaşinqtonun dəstək verdiyi yaraqlı müxalifəti terrorçu qruplardan ayırmaq sahəsində üzərinə götürmüş olduğu öhdəliyindən boyun qaçırdıqdan sonra Rusiya Suriyanın Hmeymim bazasındakı bombardımançı təyyarələrinin sayını artırıb.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın İzvestiya qəzeti yazıb: Son günlərdə Rusiyadan Suriyaya bir neçə ədəd Su-14 və Su-34 tipli hərbi təyyarələr göndərilib, bu təyyarələr Həmimim hava bazasındakı əməliyyat bölməsinə qoşulublar.
Bu məlumata görə, bir neçə ədəd Su-25 təyyarəsi də Suriyaya uçmağa və Rusiyanın oradakı hava bazasına qatılmağa əmr almağı gözləyir.
Həmçinin bildirilib ki, Rusiyanın silahlı qüvvələrinin kamandanlığı lazım görərsə, qarşıdakı 3 gün ərzində Suriyaya əlavə döyüş təyyarələri göndəriləcək.
Anti-Suriya düşərgəsinə aid olan və Suriyadakı silahlı qruplara dəstək verən ABŞ və Fransa, Almaniya və Britaniya kimi bəzi qərb ölkələri Rusiyaya Hələbdəki Ənnüsrə terrorçularına hücumlarını dayandırmsı üçün təzyiqlər göstərirlər.
Eyni zamanda Vaşinqton bildirib ki, Suriyaya müdaxilələrinin davamında B planına keçəcək. B planına görə isə Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin hücumları artırılacaq, xüsusi qüvvələr göndəriləcək, eləcə də ABŞ-ın himayəsi altında olan silahlı qruplara silah-sursatların verilməsi daha da artırılacaq.