Sen 30, 2016 20:17 Asia/Baku
  • Kamal Qılıçdaroğlu
    Kamal Qılıçdaroğlu

Türkiyənin ana müxalifət partiyası hökumətin daxili və xarici siyasətlərini tənqid edib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyənin Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Qılıçdaroğlu bu gün xarici media mənsublarına verdiyi açıqlamada deyib: Rəsmi Ankara hələ Suriyaya qarşı səhv siyasətini tamamilə düzəltməyib, əgər Suriyanın ərazi bütövlüyünü dəstəkləyirsə Suriya dövləti ilə danışıqlar aparmalıdır. 

Qılıçdaroğlu həmçinin 15 iyul uğursuz dövlət çevrilişi barədə isə deyib: Bu hadisə ölkədə demokratiyanın icra edilməsi üçün böyük sınaq idi və partiyaların bütün millət vəkilləri parlamentdə hazır olaraq demokratiyanın keşiyində durdular. 

Türkiyənin ana müxalifət partiyasının lideri ölkədə fövqəladə vəziyyətin davam etməsini tənqid edərək deyib: Hakim Ədalət və İnkişaf Partiyası durumdan müxaliflərini səhnədən kənarlaşdırmaq üçün su-istifadə edir. 

Qılıçdaroğlu hakim partiyanı tək partiyalı sistem yaratmaq cəhdlərində ittiham edib. 

qılıçdaroğlu sonda kürd məsələsinə hərbi və təhlükəsizlik münasibətini qınayaraq deyib: Xalq Cümhuriyyət Partiyası bu məsələnin həlli üçün parlamentə 27 təklif təqdim edib ancaq AKP bu təkliflərin heç birinə etina etməyibdir. 

Teqlər