Səudiyyə Ərəbistanı vəhhabiliyi Tunisdə də yaymaq istəyir
-
Səudiyyə Ərəbistanı vəhhabiliyi Tunisdə də yaymaq istəyir
Tunisli yazıçı Səudiyyə Ərəbistanının bu ölkədəki əmlakının cəmiyyətdə sələfi vəhhabi təfəkkürünün yayılmasına səbəb olduğunu bildirib.
İKNA-nın verdiyi məlumata görə, Tunisin tanınmış yazıçılarından olan Bədri Əl-Mədəni İran İslam Respublikasının Tunisdəki mədəniyyət ateşşesi Məhəmməd Əsədi Müvəhhid ilə görüşündə regionda müqavimət cəbhəsinə dəstək olduğunu bildirərək deyib: Səudiyyə dövlətinin cahili təfəkkürü ilsam dünyasını təhlükəyə salıb və ərəb cahili mediaları müsəlman toplumuna həqiqətlərin çatmasına mane olurlar.
Görüşdə tunisli yazıçının düşmənlərin təbliğat hücumu qarşısında ümumi fikrin aydınlaşmasındakı rolu yüksək qiymətləndirilib.
Tunisin tanınmış politoloqu Bin Fərhat da vaxtı ilə Səudiyyə Ərəbistanının Tunisdə sələfilik təfəkkürünün yayılmasındakı rolundan danışmışdı. Türkiyə, Qatar və sionist rejimin MOSSAD təşkilatını Tunisə qarşı bədxah planlar həyata keçirməkdə ittiham etmişdi.