Hələbin şimal-şərqində bir neçə məntəqə azad edildi
-
Hələbin şimal-şərqində bir neçə məntəqə azad edildi
Suriya ordusu xalq qüvvələrinin köməyi ilə Hələbin şimalında bir neçə məntəqəni azad edib.
Əlaləm kanalının verdiyi məlumata görə, Suriya ordusunun əməliyyatları Hələbin bir neçə istiqamətində davam edir. Suriya ordusu Həndərat məntəqəsinə nəzarəti ələ keçirdikdən sonra, Əl-Bəqqarə məntəqəsi, Kəndi xəstəxanası və Şəqqəyif zavodunu da azad edib.
Suriyalı hərbçilərdən biri Əlaləm kanalına verdiyi müsahibədə deyib: Kəndi xəstəxanası 3 gün davam edən döyüşlərin ardınca ordu və xalq qüvvələri tərəfindən azad edilib. Və inşallah, işğal altında olan bütün ərazilər tezliklə azad ediləcək.
Terrorçuların işğalından azad edilən Kəndi xəstəxanasından geriya sadəcə torpaq yığını qalıb. İki il öncə bomba quraşdırılmış avtomobillərin partladılması bu xəstəxananı xarabalığa çevirmişdi.
Başqa bir suriyalı hərbçi deyir: Suriyaordusu Şəqqayiq məntəqəsinə doğru irəliləyərək, bu məntəqəni də azad ediblər və biz də Bəqqarəni azad etdikdən sonra Şəqqayifdə digər qüvvələrə qatılacağıq.