İraq XİN-i: Ərdoğanın bəyanatı təhrikamizdir
-
İraq XİN-i: Ərdoğanın bəyanatı təhrikamizdir
İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə prezidentinin Mosulun təkfirçi sionist İŞİD terrorçularından azad edilməsi əməliyyatı barədəki bəyanatını təhrikamiz və təkəbbürlü adlandırıb.
Əhməd Camal Əl-İttica telekanalına verdiyi açıqlamada Türkiyə prezidentinin ölkəsinin Mosul əməliyyatında iştiraka meyilli olduğuna dair bəyanatı barədə deyib: İraq XİN-i bir bəyanat yayaraq bu sözləri rədd edib. Bir mənalı olaraq deyirəm Ərdoğanın bu sözləri təhrikamiz və dəyərsizdir, ona görəki, Ərdoğanın Mosul şəhərinə onun sakinlərinə və bu şəhərin azad edilməsi əməliyyatına hakimiyyəti yoxdur. Görünür Türkiyə və xüsusilə bu ölkənin prezidenti bu kimi bəyanatlarla Türkiyənin daxilinə yaxud regional güclərə mesaj göndərmək istəyir və Suriya böhranı və uğursuz dövlət çevrilişinə görə korlanan bu ölkənin imicini düzəltmək istəyirlər. Camal deyib: İraqın XİN-i bu bəyanata qarşı olduğunu bildirir və bu sözlərin İraqın daxili işlərini açıq-aşkar müdaxilə olduğuna inanır. Biz Türkiyə tərəfindən İraqla əməkdaşlığı, İraqın Türkiyə ilə olan əməkdaşlığı kimi olmasını istədik. Türkiyədə baş verən son dövlət çevrilişinə cəhd əməliyyatında İraq dər hal mövqe bildirdi və Türkiyə xalqının demokratik iradəsini dəstəklədi. Hal bu ki Ərdoğan hələ də özünün bu kimi açıqlamalarını davam etdirir. Camal deyib: Ümid edirik ki, Türkiyə İraqla müsbət əməkdaşlığa malik olacaq və şəraiti dərk edəcək. Tükiyə İraqın qonşusudur və iki ölkə yüksək səviyyədə ticarət əlaqələrinə malikdirlər. Biz iki ölkə əlaqələrinin balanslı olmasını, müştərək mənafeyə sövkənməsini və daxili müdaxilələrdən uzaq olmasını istəyirik. Amma görünən odur ki, Mosul məsələsinə müdaxilə İraqın siyasi səhnəsində bəzi tərəflərin müşayiəti ilə yanaşı olur. Türkiyə rəsmilərinin bu kimi bəyanatları davam edərsə İraqın XİN-i lazımı qərarları qəbul edəcək. İraqın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İraq parlamenti ölkədə bəzi siyasi fraksiyaların mövqelərinə nəzarət etməlidir. Bu fraksiyalar Mosulun azad edilməsi əməliyyatı ərəfəsində böhrana səbəb olacaq Ərdoğanın bəyanatını görməməzlikdən keçirlər.