Okt 05, 2016 10:42 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraq baş naziri: İraq ordusunun İŞİD-lə döyüş meydanlarında qələbələri davamlı olacaq.

Sky Newsun ərəbcə xidmətinin verdiyi məlumata görə, Heydər əl-İbadi deyib: Allahı lütfü ilə əl-Anbarda qüvvələrimizin qələbələri davam edir. Əl-Anbarda savaşlar da qalan ərazilərin azad olunması məqsədilə davam edir. Əlbəttə azad olunmamış ərazilərin də İŞİD-in işğalında olmadığını deməyə əsas verir. Misal üçün Hit adası və ya Ər-Rəmadi adasında şərait belədir ki, terrorçular bəzi bölgələrə nəzarət edirlər və o bölgələrdən əl-Anbar və İraqın bəzi digər bölgələrinə qarşı terror aktları həyata keçirirlər. 

O əlavə edib: Əlbəttə Qaim kimi ərazilər, hətta Suriya ərazisindən və Mosuldan düşmənin əməliyyat proqramları icra olunurdu. Onlar bu bölgələrdən istifadə edərək, Bağdad kimi şəhərlərə nüfuz etməyə çalışırdılar. Lakin hal-hazırda bu yollar bağlanıb və düşmənin himayəçi qruplarla əlaqəsi kəsilib. Artıq düşmən qeyd olunan bölgələrdə sərbəst şəkildə addım ata bilmir. Biz hətta əl-Anbarın bir sıra bölgələrini sürətli şəkildə terrorçulardan təmizlədik. 

Teqlər