Şeyx İsa Qasimin mənzili önündə Məhərrəmin ikinci gecəsi mərasimi
Bəhreynin Əd-Duraz məntəqəsinin Fəda meydanında aksiya keçirənlər Şeyx İsa Qasimin mənzili önündə Məhərrəmin ikinci gecəsi mərasimini təşkil ediblər.
Əl-Loulou televiziyasının məlumatına görə, etirazçılar öz etirazlarının yüz yeddinci günündə Aşura şüarlarının müdafiəsi və öz qanuni tələblərinə sadiq qaldıqlarını vurğulayıblar. Etirazçılar özünəməxsus şövqlə Məhərrəm ayı mərasimini qarşılayıb və onun ayinlərini keçirməyə başlayıblar. Ali-Xəlifə rejiminin natiqlərin Əd-Duraza daxil olmasına və kənardan vətəndaşların bu bölgəyə daxil olmasının qarşısını almaq üçün mühasirəni gücləndirməsinə baxmayaraq, mərasimlərin keçirilməsi üçün tam hazırlıq vardır.
Bəhreyn alimləri də xəbərdarlıq ediblər ki, İmam Hüseyn (ə) yolu və bu imamın inqilab məqsədləri ilə savaş islamla savaşdır.
Bununla yanaşı bir çox insan haqları fəalı Bəhreyn rəsmilərinin Aşura şüarları, əzadarlıq bayraqlarını endirmək, xətiblər və məddahları geri çağırmaq siyasətlərini konstitusiyaya zidd və dini məhdudiyyətlərin tətbiqi üçün digər bir sübut adlandırıb.