Yəmənin müxtəlif bölgələri Ərəbistan tərəfindən bombalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238244-yəmənin_müxtəlif_bölgələri_Ərəbistan_tərəfindən_bombalanıb
Səudiyyəli təcavüzkarların Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında bir neçə sivil həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 16:04 Asia/Baku
  • Yəmənin müxtəlif bölgələri Ərəbistan tərəfindən bombalanıb
    Yəmənin müxtəlif bölgələri Ərəbistan tərəfindən bombalanıb

Səudiyyəli təcavüzkarların Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında bir neçə sivil həlak olub və yaralanıb.

Əl-Məsirə xəbər telekanalının məlumatına görə, çərşənbə axşamı günü səudiyyəli təcavüzkarların Əl-Couf vilayətinə hava hücumunda 5 qadın həlak olub.

Həmçinin səudiyyəli bombardmançı təyyarələrin Təiz vilayətində yaşayış massivinə hücumunda bir sivil yaralanıb.

Ərəbistan təyyarələri Səna, Təiz, Marib və Zimar vilayətlərini də dəfələrlə bombalayıblar.

BMT İnsan Haqları Ali Komissarlığının sözçüsü Robert Kloyl Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, 2015-ci il mart ayından 2016-cı il 30 sentyabra qədər Ərəbistanın Yəmənə hücumlarında 4014 nəfər həlak olub.

Kloyl əlavə edib: Yəmən müharibəsi 6949 nəfərin yaralanması ilə nəticələnib.

Kloylun sözlərinə görə, Ərəbistanın başçılıq etdiyi koalisiyanın avqust və sentyabr aylarındakı hücumlarında 279 nəfər həlak olub, 339 nəfər də yaralanıb. Onların əksəriyyəti sivillərdir.