Bədrəddin: Səna cinayəti Amerikanın yaşıl işığı ilə törədilib
-
Əbdülməlik Bədrəddin
Yəmənin Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik Bədrəddin bildirib: Səudiyyəlilərin Yəməndəki cinayətləri Amerikanın yaşıl işığı ilə törədilir.
Yəmən Ənsarullah Hərəkatının baş katibi sözlərinin davamında deyib: Səudiyyə quruluşu Amerikanın nəzarəti ilə Yəmənə hücumun əvvəlindən sivillərə qarşı ən dəhşətli cinayətləri törədib.
Əbdülməlik Bədrəddin əl-Husi deyib: Bu cinayətlər döyüş meydanlarında və ya bazalarda hərbi məqsədlərə qarşı olmayıb. Əksinə mənzillərində olan, toy məclislərində olan, bazarlarda olan, məscidlərdə olan, xəstəxanalarda olan sivillərə qarşı törədilib. Bu cinayətlər kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, hətta yollarda olan insanlara qarşı törədilib. Təcavüzkarların qənaətincə, bu məqsədlər yağlı tikələr olublar. Bu söz adətən bazar, məscid, məktəb, xəstəxana, toy məclisləri, yas mərasimlərini bombalayandan sonra pilotlarının dilindən eşidilib. Çünki onların əsas məqsədi toplanış məkanlarına hücum olmuşdur. Fərq etmirdi ki, bu toplanışlar uşaq və qadınların olduğu yerlər olsun, humanitar toplanışlar olsun, ya da humanitar məqsədlərə xidmət edən toplanışlar olsun. Onların əsas məqsədi daha çox insanları qətlə yetirməkdir. Elə buna görə, bu məqsədləri yağlı tikə adlandırırlar.
Ənsarullah Hərəkatının baş katibi deyib: Onlar öyrəşiblər ki, Yəməni istənilən səbəb və istənilən məkanı Amerika bombaları ilə hədəfə alsınlar. Amerikanın onlara verdiyi bombalar Yəmən vətəndaşlarını qətlə yetirir.